Tel: (+994 55) 244 44 30

Email: drseymur@gmail.com

ANDROPAUZA NƏDİR? (kişi klimaksı)

yaslanan kisi

“Kişiliyin sonu”, ”andros = kişi ” və ”pausis = bitmə  ”.  Andropauza kişilərdə bəlli bir yaşdan sonra ( 50) cinsi funksiyaların ( cinsi istək, cinsi güc, impotensiya, yorğunluq, yuxu problemi, hissi dəyişikliklər, depresiya, osteoparoz, artıq çəki (piylənmə) və əzələlərin fəaliyyətinin azalması ilə müşayiət olunur. Qadınlardakı menopauzanın (klimaksın) kişilərdəki halıdır.Andropauza kəlməsinin mənası tam  olaraq ”kişiliyin sonu” olan vəziyyəti tam əks etdirmir, yəni kişiliyin anidən bitməsi müzakirə mövzusu deyil. Həkim olaraq istifadə etməyi sevmədiyim bir termindir.
Andropauza hormonal baxımından qiymətləndirildikdə başda kişilik hormonu (testosteron) olmaqla yanşı digər hormonlarda da dəyişiklik görülür. Ümumiyyətlə, yaşlı insanlar yaşlılığa bir neçə il ərzində alışırlar.

 

CİNSƏLLİK ÖLMƏZ, O DA YAŞLANIR
andropauzaMüşahidələr göstərir ki, cinsi problemlər hansı yaşda olursa olsun insanların bir nömrəli başlıca problemidir. Bir çox elmi araşdırmalardan göründüyü kimi cinsi həyatdan doymağın azalması yaşlıların həyat keyfinyyətini nəzərə çarpacaq dərəcədə azaltmaqdadır. Aktiv cinsi həyatları olan yaşlı kişilərin elmi işlərdə daha müvəffəqiyyətli olduqları bildirilir.
Yaşlandıqca cinsi həyat olmayacaq fikri kökündən səhvdir, yalnız bu yaşlarda seksual performans gənc yaşlardakına görə fərqli olmalıdır.
70 yaşından sonra hər kişinin aktiv cinsi həyatı olmaya bilər, buna baxmayaraq olmasını düşünmək təbiidir.

Cəmiyyət tərəfindən yaşlı olduqları düşünülən kişi və qadınlar aktiv şəkildə cinsi həyatlarını davam etdirməkdədirlər. Dünyada qocalmanın dəqiq bir yaşı olmasa da biz doktorlar 65 yaşa qədər insanlara yaşlı gözü ilə baxmırıq. Bütün dünyada doktorlar yaşlı insanların cinsi problemlərini mütləq diqqətə alıb, lazımi müalicələrin aparılması üçün əllərindən gələnləri etməkdədirlər.
İmpotensiya şikayəti ilə biz doktorlara müraciət edən yaşlı kişilərin cinsi həyatını soruşarkən, yaşı, şikayəti, bədən quruluşu, başqa xəstəliklərin olub-olmaması və.s çox önəmlidir.

Yaşlanan kişinin simptomları
—Sekslə məşqul olma gücü və sayında azalma
—Sabah sərtliyi sayında azalma (səhərlər yuxudan oyanarkən penisin sərt olması)
—Seksdən alınan zövqdə azalma, cinsi əlaqə üçün istəyin azalması
—Tüklənmənin azalması
—Ən gözəl vaxtların geridə qaldığı hissi
—Özünü bitmiş, tükənmiş hiss etmək
—Küsəyənlik, kiçik şeylərdən incimək, ikrah hissi, kiçik şeylərə görə tez əsəbləşmə və.s
—Yuxuya getməkdə çətinlik, tez oyanma və yorğunluq hissi, yuxusuzluq və.s
—Oynaq və əzələ ağrısı

1590Suallarını dinlədikdən sonra doktorun ehtiyac bildiyi analizlər və.s müayinələr aparılaraq lazımi müalicələr başlanılır. Cəmiyətimizdə əsas rolu olan kişilərimizin cinsi həyatlarının normallaşması üçün əlimizdən gələni etməyə hazırıq.

Yaşlı kişilərdə olan cinsi problemlər yaşadıqları regionlara görə dəyişməkdədir.
Bizdə yaşlı kişiləri sadəcə evdə, təqaüd alınan zaman bankomatların qarşısında və.s görə bilərik. Avropada isə vəziyyət bir qədər fərqlidir, yaşlı kişiləri küçələrdə, festivallarda, restoranlarda, velosiped sürərkən və.s görmək mümkündür.

204220100420045813370Ətrafımızdakı yaşlı insanlar yaşlılığın düşüncəsi ilə küçədə az görünmək, evdə və hüzür mərasimlərində olmaq və.s həyatdan əllərini çəkməsi artıq bizim dövrümüz keçdi demələri kökündən səhv fikirdir. 1000 cavana dəyərəm məşhur ifadəmizi unutmamaq lazımdır !!!

Dr.Seymur MEHTİYEV

Contacts

  • Call
    (055) 244 44 30
  • Write
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • Skype
Facebook
Youtube
Twitter
Linkedin